AZ

Arda Gülər oyundan sonra hakimin üzərinə şığıdı, “qırmızı” aldı - Video

style='margin-bottom:10px;'>

“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə cavab oyunundan (3:4) sonra qırmızı vərəqə alıb.

QOL.az xəbər verir ki, türkiyəli futbolçu baş hakim Slavko Vinçiçin Eduardo Kamavinqaya verdiyi qırmızı vərəqə qərarına etiraz etdiyi üçün meydandan qovulub. Həmin epizoddan sonra madridlilər iki qol buraxaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Gülər ilk hissədə dubl edib, 90-cı dəqiqədə isə əvəzlənib.

İlk oyunda da “Real”a qalib gələn (2:0) “Bavariya” yarımfinala yüksəlib və bu mərhələdə PSJ ilə qarşılaşacaq.

Seçilən
6
33
teleqraf.com

10Mənbələr