AZ

İran Mossadla əlaqəli dörd şəxsi həbs edib

İran İnqilab Keşikçiləri İsrail kəşfiyyat xidmətinin Mossadla əlaqəli dörd agentini həbs etdiyini bildirib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat verib. Şübhəlilər Mossad agentlərinə internet vasitəsilə şəkillər, strateji hərbi və təhlükəsizlik obyektlərinin yerini təqdim etməkdə ittiham olunurlar. Həmin şəxslər Xəzər dənizi ilə sərhəddə yerləşən Gilan əyalətində həbs edilib.

Aydın Baxış  

Seçilən
45
1
bakivaxti.az

2Mənbələr