AZ

Starmer sosial şəbəkə şirkətlərinə uşaqlarla bağlı çağırış edib

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial şəbəkəşirkətlərini uşaqların internetdə təhlükəsizliyinin təmin olunmasıistiqamətində daha böyük məsuliyyət daşımağa çağırıb.

Trend xəbər verir ki, Başnazir bu bəyanatı Meta, Snap, Google, TikTok və X rəhbərləri iləkeçirəcəyi görüş öncəsi səsləndirib.

Starmer bildirib ki, sosial platformaların uşaqlara təsiritexnologiya şirkətlərindən daha sərt yanaşma və şəffaf hesabatlılıqtələb edir.

Onun sözlərinə görə, sosial şəbəkələr uşaqların özlərini,dostluqlarını və ətraf aləmi necə dərk etdiklərinə təsir göstərir.O vurğulayıb ki, bu təsir real risklərlə müşayiət olunursa, bunabiganə qalmaq olmaz.

Baş nazir əlavə edib ki, dövlət qurumları rəqəmsal mühitdəyetkinlik yaşına çatmayanların müdafiəsi üçün bütün zəruriaddımları atmağa hazırdır.

Hazırda Böyük Britaniyada uşaqların sosial şəbəkələrə çıxışınamümkün məhdudiyyətlərlə bağlı məsləhətləşmələr davam edir. Müzakirəolunan variantlar sırasında 16 yaşdan kiçik şəxslərin sosialmediadan istifadəsinin qadağan olunması, tətbiqlərdən istifadəmüddətinə limit qoyulması və asılılıq yaradan dizayn elementlərininyasaqlanması da yer alır.

Seçilən
48
1
az.trend.az

2Mənbələr