AZ

KİV: İsrail-Livan danışıqlarında atəşkəs razılığı olmayıb

BAKI, 16 aprel. TELEQRAF

İsrailin təhlükəsizlik kabinetinin iclasında Livanda atəşkəslə bağlı qərar qəbul edilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Ynet" portalı mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, iclas təxminən dörd saat davam etsə də, tərəflər atəşkəs istiqamətində irəliləyiş əldə edə bilməyib.

“Hazırkı mərhələdə atəşkəsə doğru irəliləyiş yoxdur”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, daha əvvəl İsrailin hökumət mənbəsi Baş nazir Benyamin Netanyahu tərəfindən aprelin 15-i axşam saatlarına təhlükəsizlik kabinetinin iclasının çağırıldığını bildirmişdi. İclasda ölkənin güc strukturlarına cavabdeh əsas nazirlər iştirak edib.

Seçilən
88
teleqraf.com

1Mənbələr