AZ

Kişilər üçün boşanma ÇƏTİNLƏŞDİ: Yeni qaydalar AÇIQLANDI

Ailənin bir yaşından kiçik uşağı varsa və ya həyat yoldaşı hamilədirsə, məhkəmə boşanmanı rədd edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatası məlumat yayıb.

Rusiya İctimai Palatasının üzvü Yevgeni Maşarovun verdiyi məlumata görə, ailədə bir yaşından kiçik uşaq olduqda və ya həyat yoldaşı hamilə olduqda məhkəmə nikahın pozulmasından imtina edə bilər.

Hüquqşünas qeyd edib ki, bu məhdudiyyət yalnız kişilərə şamil olunur. Belə ki, qadın istənilən vaxt, o cümlədən hamiləlik dövründə və ya uşağı azyaşlı olduqda heç bir məhdudiyyət olmadan boşanma üçün məhkəməyə müraciət edə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
71
interpress.az

1Mənbələr