AZ

16 yaşlı gənc avtomobili aşırdı, 4 sərnişin həlak oldu

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyada 16 yaşlı gəncin qəza törətməsi faciə ilə nəticələnib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Başqırdıstanın Belebey rayonunda baş verib.

Sürücülük hüququ olmayan gəncin idarə etdiyi avtomobil Belebey-Priyutovo yolunda idarəetmədən çıxaraq aşıb. Salonda olan 3 qadın və 1 kişi hadisə yerindəcə həyatlarını itirib. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
525.az

1Mənbələr