AZ

​ABŞ Senatı İranla bağlı qanun layihəsini rədd etdi

ABŞ Senatı İrana hücumla bağlı qanun layihəsini rədd edib. Metbuat.az xəbər verir ki, qanun layihəsi İrana hücumların həyata keçirilməsi üçün Konqresin icazəsini tələb edir. Bildirilir ki, bundan əvvəl Prezident Donald Tramp səlahiyyətlərindən istifadə edərək Konqresin icazəsi olmadan İrana hücum əmri verib. Məlumata görə, ABŞ-İran müharibəsinin başlamasından bəri Senata 4-cü dəfə təqdim edilən qanun layihəsi bir daha rədd edilib. Səsvermədə 47 senator lehinə, 52-si isə əleyhinə səsverib.

Məlumata görə, müharibə əleyhinə mövqeyi ilə tanınan Respublikaçı senator Rand Paul da demokratlara qoşularaq qanun layihəsini dəstəkləyib. Demokrat senator Con Fetterman isə yenidən sənədin əleyhinə səs verib. Respublikaçı senator Cim Castis bitərəf qaldı.

Seçilən
69
metbuat.az

1Mənbələr