AZ

100 avroluq risk 1 milyonluq mükafat gətirdi

Paris sakini xeyriyyə lotereyasında böyük uğur əldə edib – o, məşhur rəssam Pablo Picasso-nun “Head of a Woman” (1941) əsərini qazanıb.

Musavat.com xəbər verir ki, lotereya Christie's tərəfindən təşkil olunub və əsas məqsəd Alzheimer xəstəliyi ilə bağlı araşdırmalar üçün vəsait toplamaq olub.

Qalib Paris sakini Ari Hodara olub. O, bileti son günlərdə təsadüfən, cəmi 100 avroya alıb. Hodara bildirib ki, qalib gəldiyini deyəndə əvvəlcə bunun dələduzluq olduğunu düşünüb.

Qeyd edək ki, lotereya çərçivəsində ümumilikdə 120 mindən çox bilet satılıb və təxminən 11 milyon avro vəsait toplanıb. Toplanan vəsait Alzheimer xəstəliyinin tədqiqinə yönəldiləcək.

 

Musavat.com

Seçilən
21
6
musavat.com

7Mənbələr