AZ

2025 ci ildə İran hakimiyyəti rekord sayda edam həyata keçirib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda ötən il edamların sayı 2024-cü illə müqayisədə (975 nəfər) 68% artıb.

Yeniavaz.com xəbər verir ki, bu məlumat Norveç təşkilatı olan “İran İnsan Hüquqları” (İHR) və Parisdə yerləşən “Birlikdə ölüm cəzasına qarşı” təşkilatın (ECPM) birgə illik hesabatına əsasəndir.

İki qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, 2025-ci ildə İran hakimiyyəti ən azı 1639 nəfəri edam edib. Bu, 1989-cu ildən bəri rekord göstəricidir. Qeyd edilib ki, edamların əksəriyyəti rəsmi İran mediası tərəfindən bildirilmir.

QHT-nin məlumatına görə, İranda ölüm cəzasının tətbiqi İsrail və ABŞ ilə müharibə səbəbindən arta bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
yeniavaz.com

2Mənbələr