AZ

2025-ci ildə İran hakimiyyəti rekord sayda edam həyata keçirib


İranda ötən il edamların sayı 2024-cü illə müqayisədə (975 nəfər) 68% artıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat Norveç təşkilatı olan “İran İnsan Hüquqları” (İHR) və Parisdə yerləşən “Birlikdə ölüm cəzasına qarşı” təşkilatın (ECPM) birgə illik hesabatına əsasəndir.
İki qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, 2025-ci ildə İran hakimiyyəti ən azı 1639 nəfəri edam edib. Bu, 1989-cu ildən bəri rekord göstəricidir. Qeyd edilib ki, edamların əksəriyyəti rəsmi İran mediası tərəfindən bildirilmir.
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr