"Bavariya"-Real Madrid" oyununun 30-cu dəqiqəsində Türkiyənin fəxri, ispan klubunun ulduzu tarix yazır və ikinci möhtəşəm qolunu vurur.
Alman klubu və azarkeşləri hazırda şokdadır. Hətta gözəl oyununa görə Arda Güləri ayaqdan alqışlayan alman azarkeşləri də görmək olur.
***
Çempionlar Liqasının 1\4 finalı çərçivəsində hazırda "Bavariya"-"Real Madrid" oyunu keçirilir.
Almaniyada baş tutan oyunda hesabı "Real"ın türkiyəli ulduzu Arda Gülər açıb. Gənc oyunçu 40-cı saniyədə fərqlənib. Bundan dəqiqələr sonra alman klubu hesabı bərabərləşdirib. İngilis futbolçu Harri Keyn fərqlənib. Bu hesabla ümumi nəticə 3-2 almanların xeyrinədir. İki klubdan biri hökmən yarımfinala çıxmalıdır.
Oyunun nəticələri barədə məlumat verəcəyik.
Cavanşir Abbaslı
Musavat.com