AZ

Ağ Ev İrana atəşkəs təklif etdiyi barədə xəbərləri təkzib edir - Yenilənib

Ağ Ev İrana atəşkəs rejiminin uzadılması ilə bağlı rəsmi təklif göndərildiyi barədə xəbərləri təkzib edib.Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.⁸

“Bu səhər atəşkəsin uzadılmasını rəsmi şəkildə istədiyimiz barədə xəbərlər gördüm. Bu, doğru deyil”, – deyə o qeyd edib.

Bununla belə, Levitt ABŞ və İran arasında danışıqların davam etdiyini və Vaşinqtonun mümkün razılaşma perspektivlərinə müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp və vitse-prezident Cey Di Vens bu prosesi səmərəli hesab edir.

Levitt əlavə edib ki, danışıqların növbəti mərhələsinin əvvəlki kimi Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.

***

ABŞ və İran aprelin 21-də başa çatacaq müvəqqəti atəşkəs rejimini sülh danışıqlarına şərait yaratmaq məqsədilə daha iki həftə uzatmağı nəzərdən keçirir.Bu barədə Bloomberg məlumat yayıb.

Məlumata əsasən, vasitəçilər tərəflər arasında ən mübahisəli məsələlərin — Hörmüz boğazında gəmiçiliyin bərpası və İranın uranın zənginləşdirilməsinin həlli üçün texniki danışıqlar təşkil etməyə çalışırlar.

Seçilən
69
3
anews.az

10Mənbələr