AZ

Norveç və Niderlanddan Ukraynaya milyonlarla dollar vəsaitAYRILDI

Norveç Ukrayna Silahlı Qüvvələrini dronlarla təmin etmək üçün 500 milyon dollardan çox, Ukrayna logistikasına dəstək üçün isə 150 milyon dollar vəsait ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Dövlət başçısının sözlərinə görə, Niderland da Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə təminatı üçün 200 milyon avrodan çox vəsait ayırıb. Zelenski özünün "Telegram" kanalında bildirib ki, Norveç briqadaların dronlarla təchizatı məqsədilə 500 milyon dollardan çox, logistikanın gücləndirilməsi üçün isə 150 milyon dollar ayırıb, Niderlandın ayırdığı məbləğ isə 200 milyon avrodur.

Zelenski həmçinin əlavə edib ki, Kiyevə silah tədarükünə həsr olunmuş "Ramştayn" formatında keçirilən təmas qrupunun iclasının nəticələrinə əsasən, daha beş ölkə PURL proqramında (NATO vəsaitləri hesabına Ukrayna üçün ABŞ silahlarının alınması) iştirak etməyə və maliyyə töhfəsi verməyə razılıq verib.

Xədicə BAXIŞLI

 

Seçilən
28
1
redaktor.az

2Mənbələr