AZ

Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı millinin baş məşqçisi Yevgeni Kukseviç açıqlama verib.

Futbolpress.az həmin açıqlamanı təqdim edir:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımız deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
5
futbolpress.az

6Mənbələr