AZ

Volkan Dəmirəl sabiq ''Qalatasaray''lını komandadan kənarlaşdırdı!

Son 3 turda 5 xal itirməklə çempionluq yolunda ciddi yara alan ''Qalatasaray''ı şənbə günü superliqanın 30-cu turunda ''Gənclərbirliyi'' ilə səfər matçı gözləyir.

"Football-plus.az" xəbər verir ki, bəlkə də mövsümün əvvəlində bu oyun ciddi ajiotaj yaratmazdı. Amma indi oyun hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir və ajiotaj böyükdü.

Məsələ burasındadı ki, ''Gənclər'' Volkan Dəmirəlin bu mövsümkü ikinci gəlişindən sonra çox zəif təsir bağışlayır. Ankara klubu bu məşqçinin ikinci dönəmində keçirdiyi 5 matçın hamısında qələbəyə həsrət qalıb. Paytaxt təmsilçisinin hazırda qələbəsiz seriyası 9, qolsuz seriyası 7 oyuna bərabərdi. Bu tur da uduzacağı təqdirdə ankaralılar düşmə zonasına geriləyə, Volkan Dəmirəl isə istefaya göndərilə bilər.

Bu məşqçi daha öncə 2023/24-də ''Hatayspor''un başında Okan Burukun ''Qalatasaray''ını məğlub etməklə diqqət çəkmişdi. Onun bu dəfəki zəfəri tək komandasının yox, həm də əfsanəsi olduğu ''Fənərbaxça''nın işinə yaraya bilər. Bu arada Dəmirəl ''Qalatasaray''la oyunöncəsi mühüm bir qərarı ilə diqqət çəkib.

Belə ki, Henri Onyekuru əsas komandadan kənarlaşdırılıb! Buna səbəb onun məşqlərdəki istəksiz görüntüsü olub. Amma burda bir maraqlı detal var. Onyekuru ''Qalatasaray''ın sabiq üzvüdü. O, iki fərqli dönəmdə İstanbul nəhəngində çıxış edərək 71 rəsmi oyunda 22 qol vurub və bu klubla 2018/19-da çempionluq sevinci yaşayıb. 28 yaşlı nigeriyalı vinger daha öncə ''Adana Dəmirspor''un heyətində ''Fənər''ə qarşı səfər matçında tribunalara qarşı ''ağlama'' hərəkəti ilə diqqət çəkmişdi. Yəni o, Türkiyə futbol ictimaiyyətində ''Qalatasaray''a simpatiyası ilə tanınır. İndi onun Volkan Dəmirəl tərəfindən komandadan kənarlaşdırılmasının məhz bununla əlaqəli olduğunu düşünənlər az deyil.

''Qalatasaray''a gəlincə, rəhbərlik futbolçuları motivasiyalandırmaq üçün maraqlı qərar qəbul edib. Komandanın cümə axşamı baş tutacaq məşqi azarkeşlər üçün açıq olacaq. Fanatların həmin məşqə böyük maraq göstərəcəyi gözlənilir.

Seçilən
24
1
football-plus.az

2Mənbələr