AZ

Vəziyyət çox pisdir və bundan daha pisi ola bilməz – Ukrayna prezidenti Volodymir Zelenski

Ukraynada “Patriot” hava hücumundan müdafiə raketlərinin ciddi çatışmazlığı var.

Bunu Prezident Volodymir Zelenski 15 apreldə ZDF-ə verdiyi müsahibədə bildirib. Dövlət başçısı İrandakı müharibənin Ukrayna üçün mənfi nəticələri olduğunu qeyd edib. “Əgər [Yaxın Şərqdə] müharibə daha uzun müddət davam edərsə, Ukraynanın daha az silahı olacaq”, – Zelenski deyib

. Prezident “Patriot” raketlərindən bəhs edərək vurğulayıb: “Hazırda elə bir çatışmazlığımız var ki, vəziyyət bundan da pisləşə bilməz”.
Zelenski həmçinin ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkov və Ağ Evin kürəkəni Cared Kuşnerin “İranla daim əlaqədə olduqlarını və Ukrayna üçün vaxtlarının olmadığını” qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr