AZ

“Dünyanın sonu” bir aya 510 milyon gəlir gətirdi

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fil Fil Lord və Kristofer Millerin “Project Hail Mary” (“Layihə ‘Dünyanın Sonu’”) filmi kinoteatrlarda təxminən bir ay ərzində 510 milyon dollar gəlir əldə edib.

Axşam.az xəbər verir ki, bu barədə "Box Office Mojo" məlumat yayıb.

Şimali Amerikada film 256 milyon dollar, digər beynəlxalq bazarlarda isə 254 milyon dollar qazanıb. Filmin istehsal büdcəsi 190 milyon dollar təşkil edib.

Ekran işi aktyor Rayan Qoslinqin karyerasında ən uğurlu ikinci layihə hesab olunur. Birinci yerdə isə Qreta Qerviqin “Barbie” filmi qalır. Həmin film dünya üzrə 1,4 milyard dollar gəlir əldə etmişdi.

“Project Hail Mary” yazıçı Endi Veyerin “Project Hail Mary” romanı əsasında çəkilib. Süjetin mərkəzində keçmiş molekulyar bioloq və məktəb müəllimi Ryland Qreys dayanır. O, kosmik gəmidə ayılır və ora necə gəldiyini xatırlamır. Zamanla yaddaşı bərpa olunur və məlum olur ki, o, Yer kürəsini qlobal fəlakətdən xilas etmək üçün Tau Ceti ulduz sisteminə göndərilib. Bu sistem Yerdən təxminən 12 işıq ili uzaqdadır.

Filmin rejissorları “Spider-Man: Into the Spider-Verse” (“Hörümçək-adam: Kainatlar arasında”) animasiya filminin yaradıcıları Fil Lord və Kristofer Millerdir. Ssenarini isə əvvəllər “The Martian” (“Marslı”) filmini ekranlaşdıran Dreu Qoddard yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
axsam.az

4Mənbələr