
ABŞ və İran danışıqları növbəti həftə Pakistanda bərpa edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, danışıqların yeni raundunun aprelin 11-12-də İran və ABŞ nümayəndələrinin görüşünün keçirildiyi Pakistanın paytaxtı İslamabadda baş tutacağı gözlənilir.
Digər mənbə qeyd edib ki, ABŞ və İran yeni danışıqlar raundu keçirməyə razılaşıblar, lakin görüşün dəqiq tarixi və yeri hələ müəyyən edilməyib.