Bakı. Trend:
Ölkəmizdə həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdəABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.
Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentininİqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviriRebekka Neffin və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA)Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminqin rəhbərliketdiyi nümayəndə heyətləri ilə görüşüb
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin stratejitərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, iqtisadi əlaqələrindaha da gücləndirilməsi üçün formalaşmış səmərəli mühit qeydedilib. Tərəflər mövcud əməkdaşlıq potensialından daha effektivistifadə olunmasının vacibliyini diqqətə çatdırıblar.
Müzakirələr zamanı enerji dəhlizləri, “Beynəlxalq Sülh və Rifahnaminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü, Strateji TərəfdaşlıqXartiyasının iqtisadi və kommersiya sütunları üzrə əməkdaşlıqimkanları ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı,ölkəmizdə həyata keçirilən infrastruktur və nəqliyyat layihələri,rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrətəşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdənkeçirilib.
Görüş çərçivəsində qarşılıqlı investisiyaların təşviqi,innovasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsiperspektivləri də müzakirə olunub. Tərəflər iqtisadi-ticariəlaqələrin inkişaf etdirilməsi və birgə layihələrinreallaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsindəmaraqlı olduqlarını ifadə ediblər.