AZ

MÜSİAD dərnək mərkəzində Türkiyə Böyük Millət Məclisinin millət vəkili Serkan Bayramla görüş keçirilib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisinin millət vəkili Serkan Bayram və bərabərindəki nümayəndə heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyəti üzvləri və üzvlərimiz ilə dərnək mərkəzimizdə bir araya gəliblər.

Bizimyol.info portalı MÜSİAD-a istinadən xəbər verir ki, millət vəkili cənab Serkan Bayram bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdiyini bildirərək, bu inkişafın ticarət sahəsinə daha da çox nüfuz edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. 300 milyondan artıq əhaliyə malik Türk Dövlətlər Birliyinin parlaq gələcəyə malik olduğunu qeyd edən millət vəkili, bu potensialı dəyərləndirmək üçün çox çalışaraq, hədəflərə doğru inamla addımlamağın zəruri olduğunu vurğulayıb.

Görüşdə millət vəkili həyata keçirilən “Buğday Tanesi” layihəsi barədə məlumat təqdim edib. Serkan Bayram bildirib ki, layihə cəmiyyətə ümid və motivasiya mesajı vermək məqsədi daşıyır, fiziki qüsurlu şəxslərə münasibətin dəyişdirilməsi və inklüziv dəyərlərin təşviqinə yönəldilib.

İdarə Heyətinin sədri Fuat Kayhan öz növbəsində dərnəyin fəaliyyəti, həyata keçirilən layihələr və strateji hədəflər barədə geniş məlumat verib.Sədr çıxışında, həyata keçirilən sosial məsuliyyət layihələrini yüksək qiymətləndirib və MÜSİAD Azərbaycan olaraq, bu cür faydalı təşəbbüslərə hər zaman mümkün dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

Görüş zamanı iki tərəf arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
bizimyol.info

1Mənbələr