AZ

XƏBƏRDARLIQ: Bu ağrıkəsicilərdən istifadə həyatınıza təhlükə yarada bilər KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ağrıkəsici dərmanların nəzarətsiz və gündəlik istifadəsi son illərdə ciddi sağlamlıq problemlərinə yol açan əsas amillərdən biri kimi diqqət çəkir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanlar yalnız ağrını müvəqqəti aradan qaldırır, lakin problemin kökünü həll etmir.

Bəs həkim məsləhəti olmadan qəbul edilən ağrıkəsicilər insan orqanizminə hansı təhlükələri yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, ağrıkəsici dərmanların gündəlik və nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi risklər daşıyır.

“Bu dərmanlar beyində ağrı siqnallarını müvəqqəti bloklayaraq narahatlığı azaltsa da, ağrının əsas səbəbi aradan qaldırılmır.

Ağrının mənbəyi müalicə olunmadıqda, insan dərmanlardan asılı vəziyyətə düşür. Bu hal pasiyentin davamlı şəkildə ağrıkəsici qəbul etməsinə səbəb olur. Orqanizm zamanla həmin dərmanlara öyrəşir və əvvəlki təsirini itirir. Nəticədə pasiyent dozanı artırmağa və müxtəlif dərmanları eyni anda istifadə etməyə başlayır”.

Günay Lətifova qeyd edib ki, bu cür yanaşma gələcəkdə ciddi xəstəliklərin yaranmasına zəmin yarada bilər.

“Xüsusilə də sinir sistemi ilə bağlı problemlər, o cümlədən Parkinson kimi xəstəliklərin riski artar.

Bu dərmanlar mədə divarına zərər verərək qastrit və xora kimi problemlərə səbəb ola bilər. Eyni zamanda qaraciyərin funksiyasına mənfi təsir göstərərək onun yüklənməsinə gətirib çıxarır”.

Həkim əlavə edib ki, ağrıkəsicilərin həkim məsləhəti olmadan yalnız tək-tük hallarda istifadəsi, əgər allergik reaksiya yoxdursa, nisbətən təhlükəsiz hesab olunur. Lakin davamlı və nəzarətsiz qəbul ciddi fəsadlara yol aça bilər.

Mütəxəssis vətəndaşlara tövsiyə edir ki, ağrının səbəbini müəyyən etmək və düzgün müalicə almaq üçün mütləq həkimə müraciət etsinlər və dərman qəbulunu yalnız tibbi göstəriş əsasında həyata keçirsinlər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
konkret.az

2Mənbələr