AZ

"Napoli" Skott Maktomineyin maaşını artırmağı və müqavilə müddətini uzatmağı planlaşdırır

İtaliya A Seriyası təmsilçisi "Napoli" şotlandiyalı yarımmüdafiəçisi Skott Maktomineyın illik maaşını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

"Far.Az"un "Il Mattino" nəşrinə istinadən məlumatına görə, Neapol təmsilçisi 29 yaşlı futbolçunun müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadacağı təqdirdə, ona illik təxminən 3 milyon avro ödəməyə hazırdır.

S.Maktominey 2024-cü ilin avqustundan "Napoli"də çıxış edir və onun hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Seçilən
11
far.az

1Mənbələr