Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyar haqqında deyib.
"Magyar yaxşı oğlandır. Yaxşı olacaq”, - o bildirib.
Qeyd edək ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində hazırkı Baş nazir Viktor Orbanın koalisiyası məğlub olub. Tramp bundan öncə Viktor Orbanı dostu adlandırmış və onun məğlubiyyətinə üzüldüyünü etiraf etmişdi.