AZ

28 yaşlı işçi forkliftin altında öldü - Faciəvi İŞ QƏZASI

Mərmər fabrikində ağır iş qəzası yaşanıb.

Day.Az xəbər verir ki, hadisə Türkiyənin Denizli şəhərinin Honaz rayonunda baş verib.

Belə ki, 28 yaşlı işçi Günay Canın üzərinə forkliftin aşması nəticəsində o, həyatını itirib.

Hadisə zamanı iş yoldaşları dərhal təcili yardıma xəbər verib.

Hadisə yerinə tibbi briqadalar cəlb olunub. Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan işçi həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib.

Hadisə ilə bağlı araşdırma başladılıb və qəzanın başvermə səbəbləri araşdırılır.

Seçilən
42
day.az

1Mənbələr