AZ

Şirin Ebadi İran hakimiyyətini tənqid etdi

BAKI, 15 aprel. TELEQRAF

“İranda molla rejimi ilə xalq arasında müharibə illər əvvəl başlayıb və heç vaxt atəşkəs olmayıb”.

Teleqraf xəbər verir ki, bunu iranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı Şirin Ebadi Belçika parlamentində çıxışı zamanı deyib.

“Yanvar etirazları zamanı dinc insanlar qətlə yetirilib, BMT-nin insan haqları üzrə məruzəçisi bunu insanlığa qarşı cinayət adlandırıb. Rejim etirazlarda həlak olanların şəkillərinin və xəbərlərinin dərc olunmaması üçün ölkədə interneti kəsib.

Rejim son müharibədə uşaqlardan hərbi məqsədlər üçün istifadə edib, onlardan ən azı biri öldürülüb”, - hüquq müdafiəçisi bildirib.

Ebadi əlavə edib ki, İran hakimiyyəti xaricdəki iranlı jurnalistlər və bəhai dininə mənsub vətəndaşların əmlakını qanunsuz olaraq ələ keçirib.

Seçilən
16
teleqraf.com

1Mənbələr