AZ

Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərinə yeni tələblər müəyyənləşib

Bakı. Trend:

Uşaqlarla bağlı məhkəmə və istintaq proseslərinə yeni tələblərmüəyyənləşib.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi Uşaq hüquqları haqqındaQanunda əksini tapıb.

Qanuna əsasən, uşaqlar barəsində icraat zamanı qanunla müəyyənedilmiş qaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququvar. Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmətəsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlımütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıradəyişikliklərin edilməsini zəruri edir. Bu məqsədlə mülki işlərdəuşaqların fikri öyrənilərkən, cinayət işlərində istintaq tədbirlərizamanı yetkinlik yaşına çatmamış şahidin və zərər çəkmişindindirilməsi, üzləşdirilmə, ifadələrinin yerində yoxlanılması,istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi zamanıdigər şəxslərlə yanaşı psixoloqun iştirakını tələb edən normalarınmüvafiq qanunvericiliyə əlavə edilib.

Uşağa mənəvi, fiziki və maddi ziyan vurmuş şəxslərin onun qanuninümayəndəsi qismində mülki və cinayət proseslərində iştirakıqadağan edilib.

Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdiməlumatlarının qorunması istiqamətində Cinayət ProsessualMəcəlləsində yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən vəya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatlarınaçıqlanması üçün tələb olunan razılığın yalnız yazılı formadaolması müəyyən edilib. Həmin maddəyə əsasən razılıq həmin uşaqlarınözündən və qanuni nümayəndələrindən alınır.

Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətindəmövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və aydınmexanizmlərin müəyyən edilməsi məqsədi ilə "Uşaq hüquqlarıhaqqında" qanuna xüsusi fəsil daxil edilib. Çətin həyat şəraitindəolan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraqözünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəifolması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaztədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsulqurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək"Sosial xidmət haqqında" qanuna və "Uşaq hüquqlarının müdafiəsiüzrə komissiyalar haqqında Əsasnamə"yə yeni normalar daxil edilib.Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyatşəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuşuşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyənedilib.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Seçilən
21
az.trend.az

1Mənbələr