AZ

Azərbaycan və ABŞ arasında TRIPP layihəsi üzrə müzakirələr aparılıb

Bakı. Trend:

Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) arasında BeynəlxalqSülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsi üzrə müzakirələraparılıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri MikayılCabbarov “X” hesabında paylaşım edib.

“ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və BiznesMəsələləri Bürosunda köməkçi katibin baş məsləhətçisi Rebecca Neffvə ABŞ Ticarət və İnkişaf Agentliyində Avropa və Avrasiya üzrə ölkəmeneceri Sarah Leminqnin rəhbərlik etdiyi nümayəndə heyətləri iləgörüş keçirdik. Görüş zamanı Azərbaycan–ABŞ münasibətlərininstrateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadiəlaqələrin gücləndirilməsi üçün əlverişli mühitin formalaşdığınıvurğuladıq.

Eyni zamanda, enerji dəhlizləri, Beynəlxalq Sülh və Rifah üçünTramp Marşrutu (TRIPP), Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadivə kommersiya komponentləri, eləcə də ölkəmizdə həyata keçiriləninfrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digərprioritet layihələrdə ABŞ şirkətlərinin iştirakı imkanları müzakirəolundu”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Seçilən
31
1
az.trend.az

2Mənbələr