AZ

Azərbaycanda büdcə kəsiri 2030-a qədər azalacaq

Bakı. Trend:

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 2,2 faiztəşkil edəcəyi, 2030-cu ildə isə 2,0 faizə enəcəyiproqnozlaşdırılır.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirlib ki, 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi3 milyard 64,0 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3milyard 161,0 milyon manat, 3 milyard 210,3 milyon manat və 3milyard 408,0 milyon manat məbləğində proqnozlaşdırılır.

“Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi,özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xaricivə daxili) və vahid xəzinə hesabının qalığı hesabınamaliyyələşdirilməsi nəzərdə tutulur. Müəyyən olunmuş bir sıraprioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçünbeynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsiməqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaqborc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirinmaliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.Yenimakrofiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuşhədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xariciborclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək.Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının vəistiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişafetdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək.Bununlayanaşı, 2027-ci ildə 2 milyard 42,6milyon manat məbləğindəproqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 54,1 milyonmanat səviyyəsində olacağı gözlənilir”, - məlumatda vurğulanıb.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

3Mənbələr