AZ

Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırır

İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut” mövsümün sonunda baş məşqçisi Andoni İraola ilə yollarını ayıracaq.

İdmanxeber.az-ın məlumatına görə, üç ildir komandanı çalışdıran ispaniyalı mütəxəssis qərarını artıq verib və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, “Bornmut” hazırda 32 turdan sonra 45 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu aprelin 18-də səfərdə “Nyukasl”a qarşı keçirəcək.

Seçilən
22
idmanxeber.az

1Mənbələr