AZ

İran ABŞ-dən qovulan tələbə və müəllimləri universitetlərinə dəvət edir

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf bildirib ki, ABŞ universitetlərindən xaric edilən və işdən çıxarılan iranlı tələbələr və müəllimlər İranın təhsil müəssisələrinə qəbul ediləcəklər.

Vətəninfo.az xəbər verir ki, nazir ABŞ hakimiyyətinin bəzi iranlı tələbələri “hüquqi və etik normalara zidd şəkildə” universitetlərdən uzaqlaşdırdığını deyərək buna reaksiya verib.

“ABŞ universitetlərindən qovulmuş bütün şəxslər məmnuniyyətlə İrandakı ekvivalent təhsil müəssisələrinə qəbul ediləcəklər”, – deyə Sərraf bildirib.

Nazir eyni zamanda tələbə və müəllimləri işlərini və təhsil yerlərini itirməkdən narahat olmamağa çağırıb və İranın onları dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Seçilən
23
veteninfo.az

1Mənbələr