AZ

Məcnun Məmmədov: Azərbaycan ilə Latviya arasında ticarətin şaxələndirilməsi və dövriyyənin artırılması üçün geniş imkanlar var

Şuşa, 15 aprel, AZƏRTAC

Bu günə qədər ölkələrimiz arasında 48 ikitərəfli sənəd imzalanıb, daha 5 saziş layihəsi isə hazırda baxılmaqdadır. Bu sənədlərin tezliklə yekunlaşdırılması əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında komissiyanın Azərbaycan tərəfindən həmsədri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, ticarət və iqtisadi əməkdaşlıq tərəfdaşlığımızın əsas tərkib hissəsidir və dinamik şəkildə inkişaf etməkdədir. Ölkələrimizin iqtisadi potensialı nəzərə alınaraq, ticarətin şaxələndirilməsi və dövriyyənin artırılması üçün geniş imkanlar mövcuddur. Bu baxımdan, biznes forumlar, rəqabətqabiliyyətli ixrac məhsulları haqqında məlumat mübadiləsinin gücləndirilməsi və beynəlxalq sərgilərdə fəal iştirak biznes icmaları arasında əlaqələrin möhkəmlənməsində açar rol oynayacaqdır.

Müxbir – Tahir Ağaməmmədov

 

Seçilən
17
2
azertag.az

3Mənbələr