AZ

Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fəaliyyəti dayandırılmış Azərbaycan Yüksəliş Partiyasının keçmiş sədri, hazırda həbsdə olan Anar Əsədli yeni vəkillə müqavilə bağlayıb. 

Qaynarinfo xəbər verir ki, bundan sonra onun hüquqlarını Rəsul Cəfərov müdafiə edəcək. 

Bundan əvvəl Anar Əsədlinin vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyev idi. O, bir neçə gün əvvəl adıçəkilən vəkillərdən imtina etdiyini açıqlamışdı. 

Anar Əsədli ötən ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
qaynarinfo.az

1Mənbələr