AZ

Regionda gərgin saatlar: Pakistan nümayəndə heyəti təcili Tehrana gedir

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bu gün Pakistan nümayəndə heyətini qəbul edə biləcəklərini bəyan edib.

Musavat.com xəbər verir ki, tərəflər arasında mesaj mübadiləsi intensiv şəkildə davam edir. Baqainin sözlərinə görə, İran nümayəndə heyətinin Tehrana qayıtdığı həmin bazar günündən bu günə qədər Pakistan vasitəçiliyi ilə çoxsaylı mesajlar ötürülüb.

O həmçinin əlavə edib ki, İranın mövqeyi həm həmin vaxt, həm də sonrakı mesaj mübadiləsi zamanı çox aydın şəkildə qarşı tərəfə çatdırılıb.

Hazırda regiondakı diplomatik gərginlik fonunda bu səfərin nəticələri böyük maraqla gözlənilir.

Musavat.com

Seçilən
10
1
musavat.com

2Mənbələr