AZ

Bakıda güclü yanğın başladı

Bakının mərkəzində fərdi yaşayış evində yanğın başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dövlət Dram teatrının yaxınlığında fərdi yaşayış evində yanğın olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Məlumatla əlaqədər nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər keçirilir.

Seçilən
17
1
metbuat.az

2Mənbələr