Azərbaycan Cüdo Federasiyası sabah Gürcüstanın paytaxtı Tbilisidəki Avropa çempionatında mübarizə aparacaq idmançılarımızla bağlı maraqlı video hazırlayıb.
"Cebheinfo.az" xəbər verir ki, videoda idmançılar qitə birinciliyində yaxşı mübarizə üçün onları motivasiya edən səbəbləri göstəriblər.
Onlar telefonlarının ekranında həmin səbəbləri nümayiş etdiriblər.
Cüdoçuların bəziləri övladları, bəziləri valideynləri üçün mübarizə aparacağını bildirib. Digərləri isə Azərbaycan üçün, Olimpiada üçün, ev üçün döyüçəcəyinə işarə vurub.
"Cebheinfo.az"