AZ

Lukaku Napoli nin düşərgəsinə qayıtmadı, klub sərt tədbirə əl atmağı qərara aldı SON DURUM

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Napoli" hücumçusu Romelu Lukakunu cəzalandıracaq. 

Fanat.Az xəbər verir ki, buna səbəb ulduz forvardın Belçikadan qayıtmamasıdır. 

"Futbol İtaliya"-nın məlumatına görə, udundakı ağrılara görə müalicə olunmaq üçün vətəninə yollanan Romelu nəzərdə tutulan vaxtda düşərgəyə dönməyib. Buna görə o, məşqlərdən və əsas heyətdən kənarlaşdırılacaq. 

Neapol klubunun rəhbərliyinin fikrincə, oyunçu istənilən halda, kluba gəlməlidir. Bu, baş verməsə və ya izahat klubu qane etməsə, belçikalı komandadan kənarlaşdırılacaq.

32 yaşlı hücumçu 2025/26 mövsümündə bütün yarışlarda cəmi 7 oyunda iştirak edib və 1 qol vurub. Oyunçunun bazar dəyəri hazırda 12 milyon avro olaraq qiymətləndirilir.

"Napoli" növbəti oyununu 18 apreldə "Latsio"ya qarşı keçirəcək. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
fanat.az

2Mənbələr