AZ

ABŞ rəsmisi: “ İran hansı yolu seçsə də, Amerika qalib gəlir”

Bu gün Ağ Evin müşaviri Stiven Miller ABŞ-nin Hörmüz boğazında İran limanlarına qarşı tətbiq etdiyi blokadanın qlobal güc balansını “yüz il” üçün yenidən müəyyənləşdirdiyini bildirib.

Fox News telekanalına müsahibəsində Miller İranın artıq çətin vəziyyətdə olduğunu qeyd edərək, “İran hansı yolu seçsə də, Amerika qalib gəlir”, – deyə vurğulayıb.

Bu açıqlamalar ABŞ prezidenti Donald Trampın müharibənin sona yaxınlaşdığı barədə verdiyi bəyanatlardan sonra səsləndirilib. Tramp bildirib ki, “Düşünürəm ki, sona yaxınlaşır. Bəli, mən onun sona çox yaxın olduğunu görürəm”.

Tramp əlavə edib ki, ABŞ indi prosesdən geri çəkilərsə, İranın gücünü yenidən bərpa etməsi üçün təxminən 20 il lazım olacaq. ABŞ prezidenti eyni zamanda Tehranın razılığa gəlməyə hazır olduğunu da qeyd edib.

Seçilən
11
veteninfo.az

1Mənbələr