Azərbaycan və Latviya iqtisadi və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9-cu iclasında ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə edirlər.
Şuşada keçirilən iclasda Azərbaycan ilə Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunur.
Gündəlikdə nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi kimi istiqamətlər yer alır.