AZ

Sevilmək istəyirəm deyib ağladığım gün ərimlə tanış oldum Pınar (FOTO)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Məşhur aktrisa Pınar Deniz əri Kaan Yıldırımla necə tanış olduğunu danışıb.

"Unikal" xəbər verir ki, "ABtalks" proqramına qonaq olan və Kaan Yıldırımla necə tanış olduğunu danışan 32 yaşlı aktrisa bunları deyib:

"Ailəvi ulduz falı seansına getdim; mütəxəssis mənə dedi ki, "İndi səninlə seans edə bilmərəm, çünki sən çox müdaxilə edəcəksən". "Niyə?" deyə soruşanda eyni cavabı aldım. Oradan ayrıldıqdan sonra ağlamağa başladım və dedim ki, "Sadəcə sevmək və sevilmək istəyirəm". Əslində, çox qapalı və antisosial olduğum bir dövr idi. Amma həmin gün bir dostumun ad gününə getdim və orada ərimlə tanış oldum". 

Pınar Deniz və Kaan Yıldırım 17 sentyabr 2024-cü ildə Romada sadə bir mərasimlə evləniblər. Cütlüyün ötən ilin mart ayında oğulları Fikrət Hakan dünyaya gəlib. 

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
unikal.az

2Mənbələr