AZ

Azərbaycan və BP neft-qaz hasilatı potensialının inkişafını müzakirə edib

Azərbaycan və BP şirkəti arasında neft-qaz hasilatı potensialının inkişafı müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr nazirin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşündə baş tutub.

P. Şahbazov görüşdə həmçinin elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan günəş elektrik stansiyası da daxil olmaqla əməkdaşlığın prioritetləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Seçilən
19
1
far.az

2Mənbələr