Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Uşaqlarda nitq inkişafı erkən yaşlarda daha effektiv nəticə verir, gecikmiş hallarda isə yanaşma dəyişir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.
Onun sözlərinə görə, vaxtında aparılan loqopedik iş uşağın gələcək inkişafına birbaşa təsir göstərir:
“Əgər uşaq vaxtında düzgün yönləndirilib, nitq inkişafı mərhələsində müdaxilə olunub və yaşıdlarına çatdırılıbsa, gələcəkdə ciddi loqopedik problem qalmaz”.
A.Ələkbərova qeyd edib ki, gecikmiş müraciətlərdə yanaşma fərqli olur:
“Bəzi hallarda uşaq uzun müddət heç bir məşğələ almayıb və artıq böyük yaşlara - 18, 20, hətta 30 yaşa gəlib çatıb. Bu mərhələdə artıq əsas məqsəd nitqin tam bərpası deyil, özünə qulluq, gündəlik həyat bacarıqları və minimal ünsiyyət imkanlarının formalaşdırılması olur”.
Mütəxəssis bildirib ki, nitq inkişafı müəyyən yaşdan sonra məhdudlaşa bilər:
“Nitq elə bir psixi prosesdir ki, müəyyən yaşdan sonra onun tam şəkildə inkişafı mümkün olmur. Bu hallarda daha çox funksional bacarıqların artırılması ön plana keçir”.
Onun sözlərinə görə, belə hallarda tibbi və psixoloji yanaşma loqopedik müdaxilədən daha üstün ola bilər:
“Bu mərhələdə artıq məsələ təkcə loqopedik deyil, psixiatrik və kompleks reabilitasiya yanaşmasına keçir. Burada əsas məqsəd şəxsin gündəlik həyat keyfiyyətini yaxşılaşdırmaq olur”.
Zeynəb Rzayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.