AZ

TƏCİLİ: Türkiyədə daha bir məktəbə HÜCUM: Ölən və yaralananlar var - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində orta məktəblərdən birinə silahlı hücum olub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis və təcili yardım briqadaları cəlb olunub.

Hadisə Onikişubat rayonunda yerləşən Ayşel Çalık orta məktəbində baş verib.

Silahlı insidentlə bağlı daxil olan müraciətdən dərhal sonra ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri gücləndirilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə ilə bağlı açıqlama verən Kahramanmaraş valisi Mükerrem Ünlüer acı xəbəri təsdiqləyib. Vali bildirib ki, hücum nəticəsində təəssüf ki, can itkisi qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr