AZ

Bu, atəşkəsin pozulması sayılacaq - İranlı general

"Fars körfəzi və Oman dənizində heç bir ixrac və ya idxala icazə verməyəcəyik".

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələri "Xatəmüll-Ənbiya" Qərargahının komandanı general-mayor Əli Abdullahi bildirib.

O, ABŞ-yə xəbərdarlıq ünvanlayıb: "Əgər təcavüzkar və terrorçu Amerika bölgədəki dəniz blokadasındakı qanunsuz hərəkətlərini davam etdirmək və İranın ticarət gəmiləri və tankerləri üçün təhlükəsizlik yaratmaq istəyirsə, bu, atəşkəsin pozulması üçün müqəddimə olacaq və güclü İran silahlı qüvvələri Fars körfəzi, Oman dənizi və Qırmızı dənizdə heç bir ixrac və ya idxalın davam etməsinə icazə verməyəcək. İran milli suverenliyini və maraqlarını müdafiə etmək üçün güclə hərəkət edəcək".


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr