AZ

Danışıq gecikməsi valideynləri narahat etməlidir? AÇIQLAMA

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Uşaqlarda danışıq gecikməsi hər zaman loqopedik müdaxilə tələb etmir, bəzi hallarda yanaşma fərqli olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, valideynlər uşağın danışığında gecikmə hiss etdikdə mütəxəssisə müraciət etməkdən çəkinməməlidir:

“Loqopedə müraciət hər zaman mümkündür – bu, uşağın bir yaşı olanda da, iki yaşı olanda da ola bilər. Valideynlər yaxınlaşıb soruşa bilərlər ki, biz gecikirikmi, uşağa necə dəstək ola bilərik. Mütəxəssis hər zaman valideyni maarifləndirir və evdə uşağa necə yanaşmaq lazım olduğunu izah edir”.

A.Ələkbərova qeyd edib ki, autizm sindromlu uşaqlarda yanaşma fərqli olur və erkən yaşda əsas diqqət loqopedik deyil, digər inkişaf sahələrinə yönəlməlidir:

“Əgər autizm sindromu erkən yaşda psixiatr tərəfindən qiymətləndirilirsə, 0-3 yaş aralığında əsasən loqopedik iş aparılmır. Bu dövrdə daha çox xüsusi pedaqoji, sensor, adaptiv və fiziki məşğələlər önəm daşıyır. Bu cür təlimlər uşağın inkişafına daha çox təsir edir və daha effektiv nəticə verir”.

Loqoped vurğulayıb ki, 3 yaşdan sonra loqopedik müdaxilə daha məqsədəuyğun hesab olunur. O qeyd edib ki, bu zaman loqopedik işlər daha effektiv şəkildə həyata keçirilə bilər”.

Mütəxəssis əlavə edib ki, dərslərin forması da nəticəyə birbaşa təsir edir:

“Əgər uşaq məşğələlərə cəlb olunursa, dərslər monoton və şablon olmamalıdır. Bu cür uşaqlar üçün psixopedaqoji, duyğu yönümlü və adaptiv idman dərsləri daha uyğun hesab olunur. Uşaq oynayaraq, əylənərək öyrəndikdə nəticə daha yaxşı olur və inkişaf daha sürətli gedir”.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr