AZ

Telefon batareyasının ömrünü 30% artıran xüsusiyyət

Texnologiya mütəxəssisləri bildirir ki, müasir smartfonlarda geniş istifadə olunan “Həmişə Ekranda” (AOD) funksiyası batareya sərfiyyatını əhəmiyyətli dərəcədə artırır.

Bu xüsusiyyət cihaz gözləmə rejimində olsa belə, saat, tarix və bildirişləri ekranda göstərir və nəticədə enerji istifadəsini davamlı saxlayır.

QHT.az xarici mediaya istinadən bildirir ki, AOD aktiv olduqda telefonun batareyası gündəlik istifadə ilə müqayisədə təxminən 10–15% daha tez tükənir. AMOLED və OLED ekranlarda qara piksellər sönsə də, digər piksellərin işləməsi enerji sərfini davam etdirir.

Samsung, Apple, OnePlus və Google kimi istehsalçılar LTPO texnologiyası ilə bu problemi azaltmağa çalışsa da, enerji itkisi tam aradan qalxmır.
Alternativlər və tövsiyə
Mütəxəssislər bildirirlər ki, “ekrana iki dəfə toxunmaq” və ya “qaldıraraq oyandırmaq” kimi funksiyalar daha az enerji sərf edir və istifadə üçün daha səmərəlidir.

Qeyd olunur ki, AOD funksiyasının deaktiv edilməsi batareya ömrünü uzadır, ekranın aşınmasını azaldır və xüsusilə enerji məhdud şəraitdə cihazın daha uzun müddət istifadəsinə imkan yaradır.

Piranə Xasiyeva

Seçilən
17
qht.az

1Mənbələr