AZ

Üz tanıma sistemi polisi AYAĞA QALDIRDI: Musiqiçini Dmitri Qordonla SƏHV SALDILAR – FOTO

Sankt-Peterburqda maraqlı hadisə: Üz tanıma sistemi rusiyalı musiqiçini Ukraynalı jurnalist Dmitri Qordonla səhv saldı

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburqun Moskva vağzalında polis əməkdaşları arasında ciddi təlaş yaşanıb. Buna səbəb üz tanıma sisteminin vağzal binasında olan bir şəxsi terrorçu və ekstremist kimi tanınan ukraynalı jurnalist Dmitri Qordon kimi müəyyən etməsi olub.

Sistemdən daxil olan xəbərdarlıqdan dərhal sonra polis əməkdaşları “şübhəli” şəxsi saxlayıblar. Lakin məlum olub ki, saxlanılan şəxs əslində rusiyalı rok musiqiçisidir.

O, bütün ittihamları rədd edib və anti-Rusiya fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını bildirib. Polis onun əsl şəxsiyyətini müəyyən etdikdən və səhvi anladıqdan sonra musiqiçini sərbəst buraxıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
48
interpress.az

1Mənbələr