AZ

Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi, Həkəri küçəsində yolun asfalt örtüyü yararsız vəziyyətə düşüb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Kadrlardan aydın olur ki, yol örtüyü tamamilə aşınıb, ardıcıl şəkildə dərin çuxurlar əmələ gəlib.

Mövcud vəziyyət ərazidən istifadə edən sürücülər üçün ciddi çətinlik yaradır. Yolun ensiz olması səbəbindən nəqliyyat vasitələri çuxurlardan yayınmaqda çətinlik çəkir ki, bu da avtomobillərin texniki hissələrinə zərər vurur. Eyni zamanda, bu hal yol-nəqliyyat hadisəsi riskini artırır.

Məlumata görə, sözügedən problem uzun müddətdir davam edir. Ərazi sakinləri aidiyyəti qurumları məsələyə operativ müdaxilə etməyə və yolun təmirini təmin etməyə çağırırlar.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr