Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Şimali Koreyanın nüvə proqramı ilə bağlı təəccüblü bir xəbərdarlıq etdi.
Turkustan.az xəbər verir ki, Qrossi ölkənin uran zənginləşdirmə fəaliyyətlərini davam etdirdiyini və potensialını genişləndirdiyini bildirdi.
Xarici mətbuatda dərc edilən MAQATE qiymətləndirmələrinə görə, Şimali Koreyanın Yonbyon və Kanqsondakı uran zənginləşdirmə müəssisələri aktiv şəkildə fəaliyyət göstərməyə davam edir. Qrossi bu fəaliyyətləri "ciddi narahatlıq" adlandırıb.
Həmçinin bildirilib ki, yeni obyektlərin tikildiyi və mövcud infrastrukturun genişləndirildiyi barədə dəlillər var.
Aytən Yaşar/ Turkustan.az