AZ

Tramp 1 milyon miqrantı ABŞ dən deportasiya edəcək

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizə İdarəsi (ICE), bir il ərzində 442 mindən çox insanın ölkədən çıxarıldığını açıqladı.

"Cebheinfo.az" xəbər verir ki, ICE tərəfindən Konqresə təqdim edilən büdcə əsaslandırma hesabatında, 2024-cü ilin oktyabrı ilə 2025-ci ilin sentyabrı arasındakı dövrü əhatə edən deportasiya statistikası paylanılıb.

Buna əsasən, ICE bu dövrdə 442 mindən çox insanı deportasiya edib ki, onların da təxminən 167 mini cinayət keçmişi olan şəxslərdən ibarətdir.

Bundan əlavə, 2026-2027-ci maliyyə ili üçün 1 milyon deportasiya hədəfi müəyyən edilib.ABŞ mərkəzli "Axios" nəşrinin yaydığı məlumata görə, bu rəqəmlər ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə dərc olunan ilk rəsmi deportasiya statistikası olması ilə diqqət çəkir.

Son vaxtlar ICE, xüsusilə sərt miqrasiya siyasətinin tətbiqindəki roluna görə kəskin tənqid olunur.

İdarə miqrantlara qarşı saxlanılma əməliyyatları, ailələrin parçalanması ilə nəticələnən tətbiqlər və saxlanma mərkəzlərindəki şərait səbəbindən həm ABŞ-nin daxilində, həm də beynəlxalq ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr