AZ

ABŞ İran limanlarının blokadasının qüvvədə qaldığını deyir

Admiral Bred Kuper, CENTCOM (Mərkəzi Komandanlıq) komandanının bəyanatı:

“İran limanlarının blokadası tamamilə qüvvədədir və Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyub saxlayır.

İran iqtisadiyyatının təxminən 90%-i beynəlxalq dəniz ticarətindən asılıdır. Blokada tətbiq edildikdən 36 saatdan az müddət sonra ABŞ qüvvələri İrana və İrandan bütün dəniz ticarətini tamamilə dayandırdı.”

Öz növbəsində İranın “Fars” agentliyi İranın sanksiya altında olan supertankeri Hörmüz boğazında ABŞ-ın blokadasını yarıb keçdiyi haqda məlumat yayıb.

“Fars” yazır: “Blokadanın pozuldu! Supertanker Mərkəzi Komandanlığın (CENTCOM) rüsvayçılığına səbəb olub. Gəmi naviqasiya mənbələrinə görə, sanksiya tətbiq edilən İran supertankeri mövqeləndirmə sistemi işlək vəziyyətdə İran sularına daxil olub.”

Seçilən
26
veteninfo.az

1Mənbələr